Bölmələr

Xoş gəldiniz
Sizi öz rəsmi internet səhifəmdə salamladığım üçün şadam. Həmçinin görüşümə gəlmək üçün vaxt ayırdığınız üçün təşəkkür edirəm.
Daha rahat gəzinti üçün sayt bir neçə bölmərə bölünüb. Burada kliplərə baxa biləcəyiniz video qalereya, mənim həyatımın müxtəlif vaxtlarını özündə əks etdirən şəkillərə baxa biləcəyiniz foto qalereya, həmçinin mahnılarımı dinləyə biləcəyiniz - hətta bu mahnılardan bəzilərini kompyuterinizə köçürə biləcəksiniz - musiqi qalereyası mövcuddur. Qonaq kitabı sayəsində siz öz istək və arzularınızı yaza bilər, həmçinin poçt qutusu vasitəsilə mənə məktub göndərə bilərsiniz. Öz tərəfimdən isə mən ünvanıma gələn hər bir yazıya cavab verməyə çalışacağıma söz verirəm. Mətbuat nümayəndələri məni, öz həyatım haqqında çox az məlumat verdiyimə görə günahlandırırlar. Sizin tərəfinizdən belə tənqidlərə məruz qalmamaq üçün birinci səhifədə mənim qısa tərcümeyi halım yerləşdirilib. Ümid edirəm ki, mənimlə birlikdə keçirdiyiniz vaxt üçün heyfslənməyəcəksiniz!  
İndi isə bir az mənim haqqımda. Mən Bakı şəhərində doğulub böyümüşəm. Çox sevdiyim valideynlərimin söylədiyinə görə musiqiyə həvəs məndə çox kiçik yaşlardan başlayıb. Hələ 5 yaşımda məni Azərbaycan Dövlət radiosunda uşaq verlişlərindən birinə oxumaq üçün dəvət etmişdilər. ...
Son olaraq mənim sənət həyatımda indiyə qədər öz köməklərini əsirgəməyən doğma və yaxın bütün insanlara öz təşəkkürümü bildirirəm. Onların mənə arxa olması ən çətin anlarımda belə seçdiyim yoldan dönməməyə səbəb olmuşdur. Bir yerdə çalışdığım bütün musiqiçilərə, Heydər Əliyev adına Sarayda iki solo konsert verdiyim Azərbaycan Dövlət Kamera Orkestrinə, Almaniya, Hollandiya, Avstriya və digər ölkələrdəki konsertlərimin təşkilatçılarına təşəkkür edirəm. Və hamıdan çox Sizlərə təşəkkür edirəm, mənim dinləyicilərim!
 
Fotoqalereya

 Russian version  |  English version
Copyright © azerin.az - site by Demar.

|    |